Jun 10 2017 12:41
Ferah Sabirqizi
Views: 1595

Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasında ictimai-siyasi xadim, Azərbaycanın mərhum energetika naziri, Əməkdar mühəndis Natiq Əliyev ilə vida mərasimi keçirilir.

Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, neft-qaz və energetika sahəsinin nümayəndələri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak edirlər.

Mərhumun cənazəsi Bakı Mədəniyyət Mərkəzinin binasında matəmsayağı bəzədilmiş salonda postament üzərinə qoyulub.

Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülüb.

Salonda həzin matəm musiqisi səslənir.

Mərhum nazirin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti və Vitse-prezidenti adından əklil qoyulub.

Natiq Əliyevin həmkarları, dostları, tanışları axın-axın mərkəzin binasına gəlir, ictimai-siyasi xadimə və gözəl insana son borclarını verirlər.


Create Account



Log In Your Account