Dec 23 2019 16:13
Elshad Aliyev
Views: 118

2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verdi.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir.


Create Account



Log In Your Account