Mar 03 2020 16:32
Elshad Aliyev
Views: 94

Mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi  dayandırılıb.

APA-nın xəbərinə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək. 

Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

 


Create Account



Log In Your Account