May 13 2020 13:09
Elshad Aliyev
Views: 50

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq Rayon İcra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Culfa, Babək, Ordubad rayonlarında yaşayan, ümumilikdə, 11 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş təşkil edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ailələrlə keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla keçirilib.

Görüşlərdə dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərildiyi vurğulanıb.

Qeyd olunub ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Görüşlərdə müvafiq kateqoriyadan olan ailələrə ərzaq payı, geyim dəsti və tibbi ləvazimatlar verilib. Onlar dövlətimiz tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib, diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, görüşlər bundan sonra da davam etdiriləcək.


Create Account



Log In Your Account