Jun 25 2021 12:53
Elshad Aliyev
Views: 100

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İtaliyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri ilə görüşüb.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə iqtisadi əlaqələr, kənd təsərrüfatı, nəqliyyat, yaşıl enerji, elektronika və digər sahələri əhatə edən layihələr, regional siyasi-hərbi vəziyyət, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.


Create Account



Log In Your Account