Apr 03 2017 10:27
Ulviyye Sabirqizi
Views: 1268

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

 

CBC-nin məlumatına görə, N. Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

 

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 


Create Account



Log In Your Account