Apr 03 2017 14:31
Ulviyye Sabirqizi
Views: 1097

Aprelin 3-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.

CBC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi.

Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Prezident Nursultan Nazarbayevə təqdim etdi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlət başçısına minnətdarlığını bildirdi.

 


Create Account



Log In Your Account