Feb 02 2017 11:57
Ulviyye Sabirqizi
Views: 1830

Bu il "Formula 1" yarışları ilə bağlı Azərbaycan yeni sifariş verməyəcək.

CBC-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın bu yarışı keçirməsi üçün bütün lazımi avadanlıqları var:

"Ötən ildən bəzi tikililər sökülməyib. Bu ona görədir ki, İslam Həmrəyliyi Oyunları mayın 22-də qurtarır, bir aydan sonra isə "Formula 1" başlayır. Yarışların təşkilində heç bir çətinlik görmürük. Bütün lazımi qurğular yerində olacaq. Bu il bu yarışın daha maraqlı olmasını gözləyirik. Ona görə ki, bütün pilotlar daha trasla tanışdırlar, yolları bilirlər. Yarışların birinci "Qran Pri"dən daha maraqlı keçəcəyinə inanırıq, daha çox qonaqların gələcəyini gözləyirik. Yeni Formula 1-i sevən Bakı azarkeşləri də bu yarışa qatılacaqlar".

 


Create Account



Log In Your Account