Feb 25 2017 16:00
Ulviyye Sabirqizi
Views: 1383

İran Azərbaycan iqtisadiyyatına 2,7 milyard dollar investisiya qoyub, amma bunun böyük hissəsi neft sektorunun payına düşür.

CBC-nin məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran şirkətləri həmin investisiyadan 1,7 milyard dollar gəlir əldə ediblər: “Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi isə hələki tərəfləri qane etmir. Ona görə də biz qeyri-neft sektoruna investisiya qoyuluşunu artırmaq niyyətindəyik”.

Azərbaycan prezidenti İlham Əliyevin İrana səfərinə hazırlıq getdiyini deyən nazir qeyd edib ki, hələlik səfər çərçivəsində müzakirə olunacaq məsələlərdən, imzalanacaq sənədlərdən danışmaq tezdir. Ş. Mustafayev səfərin konkret tarixini də açıqlamayıb.

 

 


Create Account



Log In Your Account