Dec 17 2019 11:09
Elshad Aliyev
Views: 133

"Kənd təsərrüfatı sahəsində dövlət-özəl sektorlarının əməkdaşlığının ən yaxşı nümunələrindən biri də – yeni yaradılan və artıq gələn ildən etibarən işə düşəcək aqrar sığorta mexanizmidir".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) həyata keçirilməsində ərzaq və kənd təsərrüfatı sahəsində özəl sektorun rolunu əks etdirən seminarda çıxış edən Azərbaycanın Kənd Təsərrüfatı naziri  İnam Kərimov deyib.

Onun sözlərinə görə, "dövlət-özəl" formatında yaradılan yeni sistem aqrar sahədə yarana biləcək risklərin dövlət tərəfindən qarşılanacağını təmin edəcək.

"Gələn ildən həmçinin subsidiyalar elektron formada veriləcək. Bunun üçün elektron kənd təsərrüfatı sistemi artıq fəaliyyətə başlayıb. Bu sistemdə 420 mindən çox fermer qeydiyyatdan keçib, 240 mindən çox fermer əkin sahələri barədə məlumatları elektron sistemdə bəyan edib. Bu, subsidiyaların verilməsinin daha şəffaf keçirilməsinə şərait yaradacaq. Aqrar sahəyə dövlət dəstək verir və bu proses davam etdirilir", - deyə nazir qeyd edib.


Create Account



Log In Your Account