Jan 23 2017 11:59
Ulviyye Sabirqizi
Views: 1408

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasının bu ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.

CBC xəbər verir ki, bu haqda Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan açıqlama verib.

Nazirin sözlərinə görə, lahiyə üzərində təxminən iki aylıq iş qalıb: “Hazırda gərgin iş rejimində çalışırıq, lakin qış şərtlərinin çətinliklərini nəzərə alaraq mart, aprelə inşaat işlərini tamamlamağı düşünürük”.

Layihənin icrası zamanı ortaya çıxan çətinliklərdən danışan nazir deyib ki, məhkəmə çəkişmələri və etirazlar layihənin xeyli gecikmə ilə icrasına səbəb olub: "Layihə tender prosedurlarına start veriləndən sonra baş verən etirazlarla əlaqədar 1 ildən çox, məhkəmə proseslərinə görə isə 3 ildən çox gecikmə ilə reallaşdı".

 


Create Account



Log In Your Account