Dec 03 2019 14:11
Elshad Aliyev
Views: 333

“Ümid edirəm ki, Bratislavada irəli addım atacağıq. Biz irəli addım atmağı dəstəkləməliyik, mövcud “status-kvo” heç kəs üçün uyğun deyil”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, hamı anlayır ki, bu məsələnin həlli tapılmalıdır.

Qeyd edək ki, dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş olacaq.


Create Account



Log In Your Account