Feb 19 2020 11:43
Elshad Aliyev
Views: 59

2030-cu ilədək Azərbaycanın ümumi elektroenergetika sisyeminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika nazirinin müavini Elnur Sultanov fevralın 19 -da ADA Universitetində keçirilən Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim-seminarda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanda elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi və bu sahənin özəl investisiyanın cəlbi ilə inkişafı Prezident İlham Əliyevin energetika sektorunda islahatlar kursunun əsas istiqamətlərindən biridir. 2030-cu ilə qədər ölkənin ümumi elektroenergetika sisyeminin qoyuluş gücündə iri su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələrinin payının hazırkı 17 faizdən 30 faizə çatdırılması planlaşdırılır. Bu istiqamətdə ilk addım 440 meqavat gücündə külək və günəş enerjisi layihələrinin reallaşdırılmasıdır.


Create Account



Log In Your Account