Apr 28 2020 16:56
Elshad Aliyev
Views: 152

“Məktəblərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Məktəblərin açılması ilə bağlı konkret vaxt demək mümkün deyil”.

APA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda tədris tədricən bərpa olunmalıdır.

“Azərbaycan koronavirusa pandemiyasına çevik reaksiya verməsi ilə nümunə oldu. Bu baxımdan istəməzdik ki, hansısa tələsik addım daha böyük fəsadlara səbəb olsun”, - deyə nazir müşaviri vurğulayıb.

E. Məmmədov tədrisin bərpası ilə bağlı mütəmadi olaraq təxribat xarakterli məlumatların yayıldığını vurğulayıb. O, ictimaiyyəti rəsmi qurumların məlumatlarına istinad etməyə çağırıb.


Create Account



Log In Your Account