Apr 20 2021 12:03
Elshad Aliyev
Views: 104

Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar yaradılmış İşçi qrupun rəhbəri təyin olundum. Əminəm ki, İşçi qrupun aidiyyəti dövlət orqanları, elmi müəssisələr və vətəndaş cəmiyyəti institutları ilə səmərəli əməkdaşlığı funksional, genişmiqyaslı “Ağıllı şəhər” və “Ağıllı kənd” xidmətlərinə sürətli keçid üçün zəmin yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.

Qeyd edək ki, aprelin 19-da Prezident İlham Əliyev “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında Sərəncam imzalayıb.


Create Account



Log In Your Account