May 17 2021 12:02
Elshad Aliyev
Views: 100

Rusiyada əhalinin sıx olduğu şəhərlərdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyət gərgin olaraq qalır.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

“Bu gün əhalinin sıx olduğu şəhərlərdə COVID-19-a bağlı vəziyyət gərgindir. Lakin ümumilikdə ölkə üzrə vəziyyət sabitdir”, - deyə Rusiyanın səhiyyə naziri vurğulayıb.

M. Muraşko qeyd edib ki, üçüncü dalğanın gəlib-gəlməyəcəyindən asılı olmayaraq, xroniki xəstəlikləri olanların sağlamlıqlarını qoruması lazımdır, əməliyyat və müalicəvi sanatoriya-kurort səyahəti planlaşdıranların peyvənd olunması vacibdir.

 


Create Account



Log In Your Account