May 04 2018 17:45
Naile Hesenova
Views: 181

1-31 may tarixlərində keçirilən üçüncü Bakı Şopinq Festivalında şəhərin sakinlərini və qonaqları məşhur brendlərin yerləşdiyi alış-veriş mərkəzlərində sərfəli qiymətlər, kampaniyalar, əyləncə proqramları və digər fürsətlər gözləyir.

 

Dünyanın qabaqcıl brendlərinin təqdim olunduğu “Port Baku Mall” alış-veriş mərkəzində festival endirimi və kampaniyalardan yararlanmaq mümkün olacaq.

 

Onlarla geyim, elektronika və məişət texnikası brendinin mərkəzi olan “Gənclik Mall” ticarət mərkəzində də münasib qiymətlər, əyləncə proqramları festival müddətində sizə sevinc bəxş edəcək. Burada alıcılar həftə sonları və həmçinin də 9 və 10 may tarixlərində “Uğur Çarxı” oyununda iştirak edib dəyərli hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

 

“Park Bulvar” ticarət mərkəzi də festival çərçivəsində sizi xüsusi endirimli və kampaniyalı alış-verişə və müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazanmağa dəvət edir. Belə ki, alıcılar həftə sonları, və 9 və 10 may tarixlərində Park Bulvar ticarət mərkəzinə gələrək ötən festivalda böyük marağa səbəb olmuş “Şopomaniya” oyununda iştirak edib həm əylənmək, həm də dəyərli hədiyyələr qazana biləcəklər.

 

Bakı Şopinq Festivalının fürsətlərindən yararlana biləcəyiniz növbəti ünvan “28 Mall” alış-veriş mərkəzidir.

 

“Metropark” alış-veriş mərkəzində də sizi müxtəlif məhsullara endirimlər, hədiyyə və sürprizlər gözləyir.

 

Festivalda iştirak edən mağazalar ilə Bakı Şopinq Festivalının internet səhifəsindəki http://bakushopfest.com/our-stores/ keçidi vasitəsilə tanış ola bilərsiniz.

 

Qeyd olunan ticarət mərkəzlərində “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən hər kəs ƏDV-ni geri ala bilər. Həmin məbləği nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə etmək mümkündür.


Create Account



Log In Your Account