May 19 2020 18:00
Elshad Aliyev
Views: 140

Çində ötən sutka ərzində 3 yeni növ koronavirus (COVID-19) xəstəsi müalicəni başa vuraraq xəstəxananı tərk edib. Bununla da ölkədə aktiv xəstələrin sayı 85-ə düşüb.

AZƏRTAC Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, ötən gün COVID-19 infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb. Onların üçü xarici mənşəli yoluxmadır.

Qeyd edək ki, ötən ilin dekabrında Hubey vilayətinin Uxan şəhərində aşkarlanan yeni növ koronavirusa indiyədək Çinin materik hissəsində 82 min 960 nəfər yoluxub, 4634 nəfər ölüb, 78 min 241 nəfər sağalıb. Yoluxma hallarının 1707-i xarici mənşəli olub.

Çinin Honkonq xüsusi inzibati bölgəsində indiyədək 1055 yoluxma və 4 ölüm, Makao xüsusi inzibati bölgəsində 45 yoluxma, Tayvan adasında isə 440 yoluxma və 7 ölüm baş verib.


Create Account



Log In Your Account