Mar 24 2021 15:12
Elshad Aliyev
Views: 151

Çinin Sincan Uyğur Muxtar Bölgəsində baş verən 5,4 bal gücündə zəlzələ 3 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC Çin Seysmologiya Mərkəzinin məlumatına istinadla xəbər verir ki, yeratı təkanlar Bayçen rayonu ərazisində yerli vaxla səhər 5:14-də qeydə alınıb. Zəlzələ 65 evə zərər vurub. Dəmir yolu idarəsi zəlzələ bölgəsindən keçən bütün qatarların hərəkətini müvəqqəti dayandırıb.

Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.


Create Account



Log In Your Account