Jun 04 2021 09:57
Elshad Aliyev
Views: 119

Çinin Qansu vilayətində dəmir yolunda baş verən bədbəxt hadisə nəticəsində 9 nəfər ölüb.

AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 5:25-də Cinçen şəhərində baş verib. Lancou-Sincan xətti üzrə hərəkət edən qatar dəmir yolunda təmir işləri aparan fəhlələri vurub. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

 


Create Account



Log In Your Account