Mar 19 2020 10:38
Elshad Aliyev
Views: 37

Çinin materik hissəsində yeni tip koronavirus (COVID-19) epidemiyası başlayandan bəri ilk dəfə ötən sutka ölkə daxilində ötürülmə yolu ilə yoluxma qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Ötən sutka ərzində 34 nəfərdə COVID-19 infeksiyasına yoluxma halı aşkarlanıb ki, onların da hamısı xaricdən Çinə gələnlərdir. Ötən gün Çində COVID-19 səbəbindən 8 ölüm halı baş verib ki, onların da hamısı virusun episentri olan Xubey vilayətinin inzibati mərkəzi Uxanda qeydə alınıb.

Beləliklə, Çində COVID-19-a yoluxanların sayı 90 min 928, ölənlərin sayı isə 3245 nəfərə çatıb. İndiyədək 70 min 420 nəfər sağalaraq xəstəxananı tərk edib.

Çinin materik hissəsindən başqa, Honkonq xüsusi inzibati bölgəsində 192 yoluxma, 4 ölüm, 95 sağalma, Makao xüsusi inzibati bölgəsində 15 yoluxma, 10 sağalma, Tayvan adasında isə 100 yoluxma, 1 ölüm, 22 sağalma halı olub.

 


Create Account



Log In Your Account