Apr 28 2021 15:03
Elshad Aliyev
Views: 104

Çinin Quansi-Çjuan muxtar rayonunda naməlum şəxs uşaq bağçasına hücum edib

AZƏRTAC Çin Mərkəzi televiziyasına istinadla xəbər verir ki, hadisə Beylyu şəhərində yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 10:00) baş verib.

İlkin məlumata görə, 16 uşaq və iki tərbiyəçi kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. İki uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Polis cinayəti törətməkdə şübhəli bilinən şəxsi tutub. Hücuma nəyin səbəb olduğu və cinayətkarın nə ilə sılahlandığı barədə hələlik məlumat verilmir.


Create Account



Log In Your Account