May 18 2020 16:47
Elshad Aliyev
Views: 129

Çində neftə olan tələbat demək olar ki, Pekinin koronavirusla mübarizə çərçivəsində tətbiq etdiyi məhdudiyyətlərindən əvvəl müşahidə olunan səviyyələrə qayıdıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, Çinin real vaxtda neftə olan tələbatının dəqiq həcmini müəyyənləşdirmək çətin məsələdir, lakin ölkədə xammal istehlakını izləyən şirkət rəhbərləri və ticarətçilər onun gündə 13 mln. barel olduğunu bildirir ki, bu da ötən ilin may göstəricisi ilə müqayisədə bir qədər azdır.

Qeyd olunur ki, ötən ilin mayında Çinin neftə olan gündəlik tələbatı 13,4 mln. barel olub, 2019-cu ilin dekabrında bu göstərici 13,7 mln. barel təşkil edib.


Create Account



Log In Your Account