Mar 10 2020 11:41
Elshad Aliyev
Views: 29

Çinin Fucien vilayətində otel binasının çökməsi nəticəsində ölənlərin sayı 18-ə çatıb.

AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, indiyədək dağıntı altından 41 nəfər sağ, 18 nəfərin isə meyiti çıxarılıb. Sonuncu tapılanlar arasında dağıntılar altında 52 saat qalan ana və onun 10 yaşlı qızı da var. Hazırda itkin düşmüş hesab olunan 12 nəfərin axtarışları davam edir.

Qeyd edək ki, martın 7-də yerli vaxtla saat 19:30-da Çuancou şəhərində otel binasının çökməsi nəticəsində təxminən 71 nəfərin dağıntılar altında qaldığı güman olunurdu.

Koronavirusa yoluxanlarla yaxın təmasda olan şəxslərin müvəqqəti saxlanıldığı 6 mərtəbəli “Sincia” oteli 2018-ci ildə istifadəyə verilib və 80 otaqdan ibarət olub.

 


Create Account



Log In Your Account