Mar 17 2020 11:20
Elshad Aliyev
Views: 37

Bu ilin fevral ayında Çində işsizliyin səviyyəsi müşahidələr tarixində ilk dəfə 6,2%-ə çatıb.

"APA-Economics"in CNBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Milli Statistika Bürosunun açıqlamasında deyilir.

Cari ilin yanvarında bu göstərici 5,3%, ötən ilin dekabrında isə 5,2% səviyyəsində olub.

"Bu, olduqca böyük əhəmiyyət kəsb edir, çünki son iki ayda 5 milyondan çox insan işini itirib", - deyə Avstraliyanın “Macquarie” investisiya bankının Çin üzrə baş iqtisadçısı Larri Hu bildirib.

Çin hökumətinin məlumatına görə, ötən ilin sonunda şəhər yerlərində 442,47 mln. insan işlə məşğul idi. Bu göstəricilərə əsasən, ölkədə ən azı 4,67 mln. insan işsiz qalıb.


Create Account



Log In Your Account