May 19 2020 09:26
Elshad Aliyev
Views: 50

Çinin cənub-qərbindəki Yunnan əyalətində meydana gələn 5,0 bal gücündə zəlzələ nəticəsində dörd nəfər ölüb, 23 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əyalət rəhbərliyi açıqlama yayıb.

Zəlzələ ötən gün axşam yerli vaxtla 21:47-də (Bakı vaxtı ilə 17:47) 5,5 milyondan çox insanın yaşadığı Çjaotun şəhər dairəsinin Syaoszya bölgəsində qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə olub.

Zəlzələdən sonra yerli hakimiyyət orqanları tez bir zamanda xilasetmə əməliyyatları təşkil ediblər, dağılmış binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyə edilib. Təxliyə olunanların sayı barədə hələ tam məlumat verilməyib.


Create Account



Log In Your Account