Nov 01 2019 15:02
Elshad Aliyev
Views: 44

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Fonddan CBC-yə bildiriblər ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 27 min 113 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344,6 milyon manatdan çoxdur.

Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457,6 min manat təşkil edib.


Create Account



Log In Your Account