Mar 16 2020 12:19
Elshad Aliyev
Views: 40

İndoneziya Prezidenti Coko Vidodo yeni koronovirusun yayılmasına qarşı mübarizə məqsədilə regionların başçılarına müstəqil olaraq fövqəladə vəziyyət elan etmək hüquq verib.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə C.Vidodo Cakartada keçirdiyi mətbuat konfransı zamanı bəyan edib.

Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Bizim ölkəmiz çox böyük olduğuna görə, yeni koronovirus müxtəlif əyalətlərdə və şəhərlərdə müxtəlif cür yayılır. Buna görə də mən qubernatorlara, merlərə vəziyyəti izləyərək, Səhiyyə Nazirliyinin və Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi ilə məsləhətləşərək fövqəladə vəziyyət tətbiq etmək hüququ vermişəm”.

C.Vidodo qeyd edib ki, bir çox əyalətlər artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, Cakartada, Banten və Qərbi Yava əyalətlərində dərslər təxirə salınıb, məsafədən iş rejiminə keçirilib, sosial əlaqələrin sayı azaldılıb.

Əlavə olaraq bildirək ki, bu günədək İndoneziyada 117 nəfərdə yeni koronovirus qeydə alınıb və beş nəfərin vəfat etdiyi bildirilir.


Create Account



Log In Your Account