Apr 06 2020 11:40
Elshad Aliyev
Views: 57

Aprelin 6-da İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub. AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentrinin Molukka dənizi akvatoriyasında, Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, ocağının isə 53,6 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.


Create Account



Log In Your Account