Feb 20 2020 11:31
Elshad Aliyev
Views: 69

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

AZƏRTAC xəbər verir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi təsvir olunub və kampaniyanın veb-ünvanı qeyd edilib.

Kampaniyanın veb-ünvanının markada qeyd olunması Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziya əhalisi arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

“İndoneziya Poçt” dövlət şirkəti tərəfindən verilən məlumata əsasən, fevralın ortalarında mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən böyük maraq müşahidə olunur.


Create Account



Log In Your Account