Dec 24 2019 16:21
Elshad Aliyev
Views: 100

Dekabrın 24-də İndoneziyanın Cənubi Sumatra əyalətində avtobusun dərəyə aşması nəticəsində 26 nəfər həlak olub.

AZƏRTAC Bernama agentliyinə istinadla xəbər verir ki, Sumatra adasının qərb sahillərindəki Benqkulu şəhərindən şərq istiqamətindəki Palembanq şəhərinə doğru hərəkət edən ekspress avtobusda təqribən 50 sərnişin olub. Qəza zamanı yoldan çıxan avtobus 150 metr dərinliyindəki dərəyə yuvarlanaraq Lematanq çayına düşüb.

Qəza nəticəsində xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların arasında ağır vəziyyətdə olanlar var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın baş vermə səbəbləri araşdırılır.


Create Account



Log In Your Account