Apr 13 2020 12:04
Elshad Aliyev
Views: 70

İsraildə koronavirusdan ölənlərin sayı 110-a çatıb, son sutka ərzində daha 7 nəfər vəfat edib.

APA-nın "Haaretz"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, İsraildə bu günədək 11 235 nəfər COVID-19 virusuna yoluxub.

Hazırda virus daşıyıcıları olan xəstələrin 181-nin vəziyyəti ağır və ya orta ağırdır.

750 nəfərin müalicəsi xəstəxanada, 7257 nəfərinki evdə, 1058 nəfərin müalicəsi isə xüsusi ayrılmış karantin otellərində davam edir.

Bu günədək virusa yoluxmuş 1689 nəfər sağalıb.


Create Account



Log In Your Account