May 04 2017 14:17
Naile Hesenova
Views: 681

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyunun qazma işləri uğurla davam etdirilir.

SOCAR-dan Trend-ə verilən məlumata görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1620 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account