Jun 21 2017 14:39
Naile Hesenova
Views: 787

“Neft Daşları” yatağında 602A nömrəli stasionar dəniz özülündən 2670 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend SOCAR-a istinadən məlumat verir ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1650 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

 


Create Account



Log In Your Account