May 04 2021 11:59
Elshad Aliyev
Views: 101

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə investisiyaları artıb.

AZƏRTAC Neft Fondunun 2021-ci ilin ilk rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadla xəbər verir ki, bu il aprelin 1-nə fondun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,47 faizi inkişaf etmiş ölkələr, 21,7 faizi inkişaf etməkdə olan ölkələr təşkil edib.

Keçən ilin sonuna isə ARDNF-in investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə 59,26 faizi inkişaf etmiş ölkələr, 20,73 faizi inkişaf etməkdə olan ölkələr təşkil edirdi.


Create Account



Log In Your Account