Apr 17 2020 10:08
Elshad Aliyev
Views: 72

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-mart aylarında 0,4 ton qızıl alıb.

APA-Economics”in ARDNF-in 2020-cu ilin 3 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, martın 31-nə Fondun investisiya portfelində qızılın ümumi həcmi 101,6 ton olub.

Qeyd edək ki, 2019-ci ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,2 ton təşkil edib.

Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 12,8%-dir.


Create Account



Log In Your Account