Feb 24 2020 12:48
Elshad Aliyev
Views: 46

2019-cu ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 130,1 milyon manat və ya 2018-ci illə müqayisədə 3,6 dəfə çox vəsait sərf olunub. Artım neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilmiş vəsaitin 4,3 dəfə çoxalması hesabına baş verib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, aparılmış geoloji-kəşfiyyat işlərinin 96,9 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 126,1 milyon manat xərclənib.

2018-ci illə müqayisədə ötən il hidrogeoloji işlərə 9,7 faiz, qeyri-filiz faydalı qazıntı yataqlarının kəşfiyyatına 3,1 faiz çox vəsait sərf edilib.


Create Account



Log In Your Account