Apr 18 2020 10:55
Elshad Aliyev
Views: 83

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutu ilə Yaponiyanın “JOGMEC” korporasiyası arasında elmi tədqiqat və çöl ekspedisiya işlərinin aparılması haqqında razılıq əldə edilib və müqavilə bağlanması nəzərdə tutulur.

Neft və Qaz İnstitutundan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar xarici həmkarları ilə mütəmadi olaraq onlayn rejimdə əlaqə saxlayırlar. Artıq müqavilə şərtlərinin müzakirəsi başa çatıb və tərəflər ümumi razılığa gəliblər. Müqavilə çərçivəsində nəzərdə tutulan nəzəri elmi tədqiqatlar davam etdirilir və çöl ekspedisiyalarının qrafiki müəyyənləşib. Qrafikə əsasən Şamaxı-Qobustan, Abşeron və Aşağı Kür neftli-qazlı rayonlarda yerləşən süxurların yer səthinə çıxışlarının tədqiqi və süxur nümunələrinin toplanması planlaşdırılır.

 


Create Account



Log In Your Account