Jan 06 2017 10:20
Ulviyye Sabirqizi
Views: 1641

Paytaxtın “Neftçi” klubu transfer çalışmalarını davam etdirir.

“Ağ-qaralar” ukraynalı futbolçu Kirill Petrovu heyətə qatıb.

Türkiyənin Antalya şəhərində hazırlığını davam etdirən “Neftçi” Petrovla 1,5 illik müqavilə imzalanıb.

Kiyevin “Dinamo” klubunun yetirməsi olan 26 yaşlı oyunçu sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşa “Korona”sında da legioner həyatı yaşamış Petrov Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib.

Futbolçunun sonuncu klubu isə Donetskin “Olimpik”i olub. Ukrayna U-19 və U-21 yığma komandalarında da çıxış etmiş Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.

 


Create Account



Log In Your Account