Feb 10 2017 10:23
Ulviyye Sabirqizi
Views: 1621

Ötən gün "İnter" - "Neftçi" oyunu ilə Premyer Liqanın 17-ci turuna yekun vurulub.

CBC-nin məlumatına görə, Bakı klubu 3:1 hesabı ilə rəqibinə qalib gəlib.

“Ağ-qaralar” bunadək son 5 çempionat oyununda qələbə üzünə həsrət qalmışdı. Paytaxt təmsilçisinin son uğuru isə məhz elə “İnter”lə görüşdə qeydə alınmışdı.

Ötən il noyabrın 5-də “İnter”ı qəbul edən Elxan Abdullayevin yetirmələri 2:1 hesbaına sevinmişdi. 96 gündən sonra azarkeşlərini sevindirən “Neftçi” bu müddətdə 5 matçda 1 xal əldə etmişdi.

“Sumqayıt” və “Kəpəz”ə 0:2, AZAL-la “Qəbələ”yə 0:1 hesabı ilə uduzan bakılılar yalnız “Qarabağ”dan xal qoparmışdı – 1:1.

Qollar: 13' [0-1] Daniel Seqovia, 17' [0-2] Namiq Ələsgərov, 35' [1-2] Rauf Əliyev, 58' [1-3] İqnasio Herrera Fernandes.

 


Create Account



Log In Your Account