May 12 2018 14:28
Ferah Sabirqizi
Views: 84

"Brent” markalı neftin qiyməti 2019-cu ilin ikinci rübündə bir barel üçün 90 dollaradək çata bilər. Bu barədə “Bank of America”nın icmalında deyilir.

Qeyd olunur ki, geosiyasi və digər amillər fonunda neftin qiyməti 100 dollar həddinə də çata bilər.

Mütəxəssislərin fikrincə, yaxın 18 ay ərzində qlobal tələb və təklif balansı Venesueladan neft tədarükünün azalması ilə dəyişə bilər. Bundan başqa, İran neftinin ixracının azalması riskləri də mövcuddur.

Eyni zamanda proqnozlara əsasən, 2018-ci ildə “Brent” markalı neftin qiymətinin bir barel üçün 70 dollar, 2019-cu ildə 75 dollaradək qalxacağı gözlənilir.


Create Account



Log In Your Account