Mar 18 2020 13:32
Elshad Aliyev
Views: 31

Dünya birjalarında xam neftin qiyməti son 17 ilin minimumuna düşüb.

AZƏRTAC xəbər verir ki, koronavirusla əlaqədar artan tənəzzül təhlükəsi səbəbindən neftin qiyməti 2003-cü ildən bəri ən aşağı səviyyəyə enib. Hazırda “Light” markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 25,95 dollara satılır. Bu, 2003-cü ilin may ayından bəri ən aşağı səviyyədir.

“Brent” neftinin bir barreli Londonun ICE birjasında 28,18 dollara alıcı axtarır.

Xatırladaq ki, neftin qiyməti cari ilin əvvəlində 70 dollar/barrel, martın əvvəlində isə 50 dollar/barreldən çox olub. Ötən həftənin əvvəlində “Brent”in qiyməti təxminən 30 faiz azalaraq 31 dollar/barrelə enib.


Create Account



Log In Your Account