Nov 18 2019 12:32
Elshad Aliyev
Views: 72

Neftin qiyməti son 8 həftənin maksimumuna yüksəlib.

AZƏRTAC xəbər verir ki, “qara qızıl”ın qiyməti ABŞ və Çin arasındakı ticari razılaşmaya dair prosesin irəliləməsi, Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) üzrə son inkişaflar fonunda son 8 həftənin maksimum səviyyəsində qərarlaşıb.

Neftin qiyməti oktyabrın əvvəlindən indiyədək isə təxminən 10 faiz bahalaşıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 63,42 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 57,95 dollara satılır.


Create Account



Log In Your Account