May 15 2020 15:39
Elshad Aliyev
Views: 48

“Qara qızıl”ın qiyməti son bir ayın maksimum səviyyəsinə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bazarın yenidən balanslaşdığına dair müsbət meyillər fonunda neftin qiyməti ardıcıl üçüncü həftəni artımla tamamlayır. Nyu-York birjasında fyuçers müqavilələrinin qiyməti bir aydan artıq müddətdə ilk dəfə 27 dollar/barreli ötüb, bu həftə ərzində isə təxminən 14 faiz bahalaşıb.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 31 dollardan, “Light” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 28 dollardan baha satılır.


Create Account



Log In Your Account