Feb 26 2020 16:43
Elshad Aliyev
Views: 85

Dünya birjalarında “qara qızıl”ın qiyməti son bir ilin minimum səviyyəsinə düşüb.

AZƏRTAC xəbər verir ki, buna səbəb artıq bir çox ölkədə yayılan koronavirusun qlobal iqtisadi artıma mənfi təsir edəcəyi, eləcə də tədarükün bol olduğu şəraitdə tələbatın aşağı istiqamətli dəyişməsi ilə bağlı narahatlıqların artmasıdır.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 54,06 dollara, “Light” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 49,47 dollara satılır.


Create Account



Log In Your Account