May 07 2020 17:59
Elshad Aliyev
Views: 83

Nepal Asiya Diplomatiya və Beynəlxalq Əlaqələr Institutunun rəhbəri Sunil KC- nin “The Rising Nepal” qəzetində məqaləsi dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, məqalədə diqqətə çatdırılıb ki, Nepal Baş Naziri 2019-cu ildə Azərbaycana Qoşulmama Hərəkatı Sammiti çərçivəsində səfər edib.

Bildirilib ki, Azərbaycanda “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları tərəfindən 320 xidmət həyata keçirilir.

Azərbaycanda elektron hökumət quruculuğu istiqamətində ciddi addımların atıldığını vurğulayan müəllif bu istiqamətdə turizm potensialının inkişafı üçün uğurlu “ASAN Viza” nümunəsini də diqqətə çatdırıb.

Həmçinin vurğulanıb ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində Nepalda “ASAN xidmət” modelinin tətbiqi ölkə iqtisadiyyatının inkişafına təkan verə bilər.

Məqaləyə keçid üçün link: https://risingnepaldaily.com/opinion/e-governance-can-be-game-changer-for-nepal


Create Account



Log In Your Account