Mar 24 2020 16:03
Elshad Aliyev
Views: 38

Nigeriyanın şimal-şərqində silahlıkarın hücumu nəticəsində azı 70 hərbçi həlak olub.

AZƏRTAC xəbər verir ki, France Press agentliyinin hərbi dairələrdəki mənbəyə istinadla yaydığı məlumata görə, hücum bazar ertəsi günü Borno ştatında baş verib. Silahlılar hərbi qulluqçuları daşıyan yük maşınını atəşə tutublar. Hücumda qranatomyot və ağır silahlardan istifadə olunub. Bundan başqa, bir neçə yaralı əsgərin silahlılara əsir düşdüyü bildirilir.

Hücumun ölkədə fəaliyyət göstərən "Boko haram" qruplaşmasının işi olduğu güman edilir.


Create Account



Log In Your Account