Apr 21 2020 09:46
Elshad Aliyev
Views: 72

Yaponiyanın avtomobil nəhəngi “Nissan”ın rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar 15 min əməkdaşın məzuniyyətə göndərilməsi barədə qərar qəbul edib.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, həmin əməkdaşlar aprelin 27-dən mayın 1-dək işə çıxmayacaqlar. Bildirilir ki, məzuniyyətə şirkətin Yaponiyanın müxtəlif ərazilərində yerləşən zavodlarındakı menecment və texniki hazırlıq şöbələrinin mütəxəssisləri göndəriləcəklər.

Xatırladaq ki, hökumətin qərarına əsasən koronovirus təhlükəsi ilə əlaqədar aprelin 17-dən mayın 6-dək Yaponiyanın bütün ərazisində fövqəladə vəziyyət rejimi elan edilib.

Son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların sayı təqribən 12 min nəfərə çatıb. Onlardan 276-nın vəfat etdiyi, 235 nəfərin vəziyyətinin isə çox ağır olduğu bildirilir.


Create Account



Log In Your Account