Jun 18 2020 14:36
Elshad Aliyev
Views: 82

Ermənistanda koronavirusa yoluxma ilə bağlı 665 yeni fakt qeydə alınıb. Ölənlərin və yoluxanların sayı durmadan artır. Buna əsasən bizim kütləvi olaraq tibbi maska geyinməkdən imtina etməyimiz səbəb olur. Buna yol vermək olmaz.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

Baş nazir ictimaiyyətə sualla müraciət edib: “Bəlkə biz vətəndaşlarımıza öz sağlamlıqlarının qeydinə qalmağı məcbur etməliyik. Vətəndaşımızla zor dilində danışmalıyıq?”.

Onun sözləri siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb.

Siyasi analitiklər hesab edirlər ki, Paşinyan əslində bununla əhaliyə xəbərdarlıq edib. O, son günlər ölkədə yaranmış gərgin vəziyyətdən və mümkün hökumət çevrilişindən ehtiyat edir. Bu yolla ictimaiyyətə zor tətbiq edəcəyini bildirir. Sadəcə olaraq öz qanunsuz hərəkətlərini koronavirus adı altında həyata keçirməyi planlaşdırır.

Müxalifət liderləri Paşinyanın “Facebook” səhifəsində yazdıqlarının Ermənistan ictimaiyyəti üçün çox ciddi, təhlükəli xəbərdarlıq olduğunu iddia edirlər.


Create Account



Log In Your Account