Dec 30 2016 11:35
Ulviyye Sabirqizi
Views: 1668

Son vaxtlar ulduz futbolçular üçün fantastik məbləğlər ödəyən Çin klubları daha bir rekorda imza atmaq fikrindədir.

Bu ölkənin klublarından biri “Real”ın hücumçusu Kriştiano Ronaldonun transferi üçün “kral klubu”na 300 milyon avro ödəməyi planlaşdırır.

Bu barədə məlumatı futbolçunun agenti Jorje Mendeş İtaliya mətbuatına açıqlamasında söyləyib. O bildirib ki, Çindən “Real”a Ronaldo üçün 300 milyon avroluq təklif gəlib:

“Kriştiano Ronaldonun özünə isə illik 100 milyon avrodan çox maaş təklif edildi”.

Ronaldonun Çin klubuna keçidi baş tutsa, bu, dünyanın ən bahalı transferi olacaq. Belə ki, bu transfer gerçəkləşsə, portuqaliyalı hücumçu yayda “Yuventus”dan “Mançester Yunayted”ə transfer olunan Pol Poqbanı təxminən 3 dəfə geridə qoymuş olacaq.

Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi açıqlamada “Real”ı tərk etmək istəmədiyini bildirib.

 


Create Account



Log In Your Account